『Mamaşkalar』のカバーアート

Mamaşkalar

Mamaşkalar

著者: Naila Musayeva
無料で聴く

Süz kofeni (əgər hələ soyumayıbsa!), mamaşka, çünki burada tək deyilsən! ☕️ "Mamaşkalar" yeni ana olanların, yuxusuz gecələrlə mübarizə aparanların və analığın o həm qarmaqarışıq, həm də möhtəşəm dünyasında özünü itirən hər bir qadının güvənli sığınacağıdır. Bu podcast-da analığın tabu mövzularını, "kaş ki, əvvəlcədən bilərdim" dediyimiz reallıqları həm səmimi rəfiqə söhbətləri ilə bölüşür, həm də ekspert qonaqlarımızla (pediatr, psixoloq və s.) ağlımızdakı bütün suallara sadə və dürüst cavablar tapırıq. Mükəmməl analıq yoxdur, bir-birinə dəstək olan mamaşkalar var! Qulaqlığı tax və bizə qoşul. 🎧🤍Naila Musayeva 人間関係 子育て
エピソード
  • Epizod 3: Güzgüdəki Qadın və Postpartum Reallıqları.5 İl Sonra Özümə Məktub
    2026/05/31

    Xəstəxanada parıldayan o qadın, evə qayıdanda hara yox oldu?

    "Mamaşkalar"ın 3-cü epizodunda doğuşdan sonrakı o ilk ayların gizli qalan reallıqlarına, ətrafın can sıxan şərhlərinə və çəki mövzusuna tam fərqli, 5 il sonrakı müdrik və pozitiv bir pəncərədən baxırıq. Süz kofeni, mamaşka, bu epizod səni çox isti qucaqlayacaq! Gəlin dərdləşək!

    続きを読む 一部表示
    11 分
  • İlahi Bağ və Reallıqlar. Süd Vermə Günlərim
    2026/05/30

    "Axşam bir az çox yeyirdimsə, səhər sinəmin ölçüsü 2-3 dəfə böyüyürdü!"

    "Mamaşkalar"ın 2-ci epizodunda laktasiya dövrünün bütün gizli, ağrılı və ilahi tərəflərini danışırıq. İlk günlərin rəng narahatlığı, Trendyoldan alınan o südsağan, geyimə keçən südlər və 11-ci ayda gələn məcburi "süddən kəsmə" macərası... Südü gəlməyən anaları da unutmadıq! Süz kofeni, mamaşka, tək deyilsən!

    続きを読む 一部表示
    11 分
  • Pandemiya, Xaos və Pozitiv Test: Mənim Başlanğıc hekayəm
    2026/05/18

    "Mən uşaqları heç vaxt sevməmişəm, birdən baxa bilmərəm, sevmərəm?" . Bu qorxu ilə neçə qadın mübarizə aparır?

    Bu epizodda analığın tabu mövzularına ilk addımı atırıq. Karantin günləri, daddan çıxan ən sevdiyimiz şərablar, panik ataklar, işdən ixtisar olunmaq və dörd divar arasında "bəs sonra necə olacaq?" düşüncələri... Qorxulardan böyük bir qəbullanmaya doğru gedən o 9 aylıq səyahətin başlanğıcı.

    Öz təcrübələrimi bölüşdüyüm bu yolda tək deyilsən, mamaşka. Kanala abunə ol və rəfiqə söhbətimizə qoşul!

    続きを読む 一部表示
    18 分
adbl_web_anon_alc_button_suppression_t1
まだレビューはありません